• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Qəbələ” Hollandiya klubuna futbolçu satdı

“Qəbələ” Hollandiya klubuna futbolçu satdı
05.01.2018 20:17
"Qəbələ” hollandiyalı müdafiəçisi Deyv Bultöyslə yollarını ayırıb. 

Anews.az xəbər verir ki, müdafiəçi Hollandiyanın "Heerenveen” klubuna keçib.

"Qəbələ” yayda azad agent kimi heyətinə qatdığı oyunçunun gedişindən pul da qazanacaq. "Qırmızı-qaralar” "Heerenveen”dən 300 min avro tələb etsə də, qarşı tərəfin cəhdləri nəticəsində bundan nisbətən az məbləğə razılaşma əldə edilib.

"Heerenveen”lə 2.5 illik müqaviləyə imza atmış futbolçu keçidi ilə bağlı yerli mediaya ilk açıqlamalarını da verib: 

"Yenidən Hollandiyaya döndüyüm üçün çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada – "Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. "Heerenveen” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.

Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada – "Utrext”də başlayan Deyv Bultöys 4 mövsüm vətənində çıxış etdikdən sonra "Nürnberq”lə anlaşıb. Alman klubu futbolçunun "Qəbələ”dən öncəki son komandası olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol