• $
  • €
  • ₽
  • ₺
  • £

Qızıl medal Azərbaycanı Avropa Oyunlarında neçənci etdi?

Qızıl medal Azərbaycanı Avropa Oyunlarında neçənci etdi?
28.06.2019 20:00
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləşçilərimizin iki qızıl medal qazanması ilə millimiz sıralamada önə çıxıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin aktivində hazırda 16 medalı var. 

Bunlardan ikisi qızıl, beşi gümüş və doqquzu bürünc medaldır. Hazırda millimiz 15-ci sırada qərarlaşıb. Ancaq Azərbaycan qazanılan medalların sayına görə yeddinci yerdədir.Bu gün isə Azərbaycan millisinin daha yüksək sıraya qalxmaq ehtimalı var. Belə ki, qadın güləşçilərimizdən Mariya Stadnik və Elmira Qənbərova qızıl, Alyona Kolesnik və Səbirə Əliyeva bürünc medal qazana bilər.

Yeri gəlmişkən, hazırda medal sıralamasına Rusiya başçılıq edir. Şimal qonşularımızda medal sayı artıq 72-yə çatıb. Bunlardan 32-si qızıl, 16-sı gümüş, 24-ü bürünc medaldır.
Meydan sahibi Belarusun qazandığı 55 medalın 19-u qızıl, 13-ü gümüş, 23-ü bürüncdür. İtaliya isə artıq üçüncü sıraya yiyələnib. İtalyanların qazandığı 19 medaldan səkkizi qızıl, altısı gümüş və beşi bürüncdür.
Qonşu Gürcüstan beşinci, Türkiyə isə 26-cıdır.

Qeyd edək ki, ümumilikdə 50 ölkədən 38-nin təmsilçisi medal qazanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol