• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli iş adamı: "Neftçi"nin rənglərinə aşiqik"

Türkiyəli iş adamı: "Neftçi"nin rənglərinə aşiqik"
10.12.2019 19:00
"Buraya gəlmək səbəbimiz "Neftçi"dir. Onların rənglərinə aşiqik. Türkiyə də "Beşiktaş"a azarkeşlik edirik. Bizdə rəngli olmur, sadəcə ağ və qara olur".

"Report" xəbər verir ki, bunu "Neftçi" ilə 2 illik əməkdaşlıq müqaviləsi imzalayan "Buta Global Enerji-Tekstil" şirkətinin baş direktoru Muhterem Ermez deyib. Türkiyəli iş adamı "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında Azərbaycanda hazırda yalnız futbolla maraqlandıqlarını bildirib: "Əvvəllər Türkiyə millisi ilə sponsorluğumuz olub. Basketbol komandasına da sponsorluq etmişik. "Buta Global” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fgəaliyyət göstəririk.
 
Enerji və tekstil sahələrindəyik. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Şirkətimiz 2012-ci ildə Türkiyədə yaranıb. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. Bundan sonra ölkənin böyük klublarından birində geyim sponsoru olacağıq. Çox qürurluyuq. İnanıram ki, klub Avropada və dünyada səs gətirəcək nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik".
 
Qeyd edək ki, müqaviləyə əsasən, şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol