• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

UEFA prezidenti: "Avropa Superliqasının yaradılması populist ideyadır"

UEFA prezidenti:
16.11.2020 19:30
UEFA prezidenti Aleksander Çeferin bir neçə aparıcı klubun iştirakı ilə keçirilməsi nəzərdə tutulan Avropa Superliqasının yaradılacağı ilə bağlı xəbərə növbəti dəfə münasibət bildirib.
Anews.az-ın məlumatına görə, sloveniyalı funksioner "Marca"ya açıqlamasında bu ehtimalı qəti şkildə rədd edib. O, bunu populist və ya siyasi ideya adlandırıb.
Çeferin bildirib ki, belə bir turnirin təsis edilməsindən söhbət gedə bilməz: "Bu, həmrəyliyə hörmətsizlik edən 2-3 klub prezidentinin xülyasıdır. Onları özlərindən başqa heç nə narahat etmir. Bununla hətta öz komandalarına ziyan vuracaqlar. Yəqin, hələ bunu dərk etmirlər. Bu, qeyri-ciddi ideyadır".

Qeyd edək ki, bu ilin oktyabrında Britaniya nəşrləri FIFA-nın dəstəyi ilə təşkili planlaşdırılan Avropa Superliqasında "Mançester Yunayted" və "Liverpul"un da iştirak edəcəyini yazıb. İddiaya görə, turnirin yaradılmasına 4,6 milyard funt-sterlinq məbləğində vəsait ayrılması üçün danışıqlar gedir. Superliqanın başlama tarixi isə 2022-ci il olaraq göstərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol