• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı

24.08.2022 06:55
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ” (Azərbaycan) "Viktoriya” (Çexiya) komandasına 2-1 hesabı ilə uduzaraq Çempionlar Liqasından çıxdı. Bundan sonra "Qarabağ" Avropa Liqasının qrup mərhələsində oyunları davam etdirəcək.
 
Avqustun 24-də keçirilən qarşılaşmada ilk qolu "Qarabağ" komandasının oyunçusu Filip Ozobiç vurub. Daha sonra "Viktoriya" hesabı bərabərləşdirib. Matçın 73-cü dəqiqəsində Yan Klimenin vurduğu qol isə "Viktoriya" üçün həlledici olub. Oyun bu komandanın qələbəsi ilə başa çatıb. 
 
Oyun sonrası Azərisport-a müsahibə verən "Qarabağ" baş məşqçisi Qurban Qurbanov bildirib ki, məğlub olsaq da irəliyə baxmalıyıq. 

"Rəqibi təbrik edirəm və onlara qrupda uğurlar arzulayıram. Məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm. Biz bura çətin matçlardan sonra gəlmişik. Bizim üçün pley-offdakı dördüncü rəqibdi. Bizim üçün bütün raundlar bu axarda keçdi. Bəli, qalib gəlmək istəyirdik və çox üzüldük, amma məğlubiyyət oyunun bir hissəsidir. Biz irəliyə baxmalıyıq”, - Qurbanov bildirib.

Sizə elə gəlmirmi ki, Şahruddin Maqomedəliyev və Abdellah Zubirin göstərdiyi oyun rəqabətin olmamasının nəticəsidir? sualına cavabında isə baş məşqçi deyib ki, məğlubiyyətdə heç kimi günahlandırmırıq.

"Bəli, oyunların sıx qrafikini nəzərə alaraq, komandada rəqabət aparmağa çalışırıq. Bizi bu səviyyəyə çatdırmaq üçün hər ikisi çox səy göstərdi. Futbol səhvlər üzərində qurulub. Elə oyunlar olurdu ki, hamı Şahruddinin adını hayqırırdı. Bir oyunçunun vacib oyunda səhv etməsi və ən çox danışılan oyunçu olması normaldır. Onun oyunundan razı qaldım, belə matçlarda onun təcrübəsi bizim üçün vacibdir. Bizim başqa qapıçılarımız da var. Biz də onları hazırlayırıq. Məğlubiyyətdə heç kimi günahlandırmırıq. Elə oyunçular var ki, onlarla danışıqlar aparırıq", -  o deyib. .

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR
İdman 10:15
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR
UEFA Konfrans Liqası: “Neftçi” “Rapid”ə qarşı – CANLI
İdman 01:16
UEFA Konfrans Liqası: “Neftçi” “Rapid”ə qarşı – CANLI
Çempionlar Liqası:
İdman 23:59
Çempionlar Liqası: "Ferentsvaroş" - "Qarabağ" matçı - CANLI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol