“Sneyderə ehtiyacımız yoxdur”

"Ayaks" "Qalatasaray"ın futbolçusu Uesl Sneyderi transfer etməyəcək.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, klubun baş məşqçisi Frank de Bur hollandiyalı yarımmüdafiəçini bəyənsə də, onunla maraqlanmadıqlarını deyib:"Ona böyük hörmətim var. Ancaq bizim Sneyderə ehtiyacımız yoxdur. O, bizim oyun üslubumuza uyğun deyil".Qeyd edək ki, "Ayaks"ın Sneyder üçün İstanbul təmsilçisinə təklif göndərəcəyi iddia edilirdi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























