Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
![Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT](https://anews.az/photo/850x500/2023-01/1673255992_ilham-eliyev.jpeg)
Qarabağın Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bunu Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
"Bütün şəhərlərin Baş planları təsdiq edilib və bərpa-quruculuq işlərinin baş planları əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq”, - İlham Əliyev bildirib.
www.anews.az

O qeyd edib ki, Eyvazxanbəyli kəndində müasir atçılıq kompleksi yaradılması işlərinə artıq start verilib.
Ağdam rayonunun Eyvazxanbəyli kəndi Maqsudlu kənd inzibati ərazi dairəsində yerləşir.
Azərbaycanın Qarabağ ərazisində yerləşən şəhərləri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və 2020-ci ilin sentyabrında aparılan 44 günlük müharibə nəticəsində azad edilib.
2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün, ümumilikdə, 3 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 330 milyon və ya 12,4 faiz faiz çoxdur.
2021-ci ildı Qarabağda yenidənqurmalar üçün 2 milyard 178 milyon manat vəsait xərclənib. 2022-ci ildə bu rəqəm 2 milyard 670 milyon manata çatdırılıb.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)