Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb
![Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb](https://anews.az/photo/850x500/2023-02/1675504372_4b560570-39d1-3313-94cf-c600ea482c13_850.jpg)
Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində I diviziona yüksəlib.
35 yaşlı qrossmeyster seçmə turnirdə 12 idmançı arasına düşərək pley-offda rusiyalı Yan Nepomnyaşiyə rəqib olub.
Rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Məmmədov I diviziona vəsiqə qazanıb. Onunla yanaşı hindistanlı Qukeş Dommaraku ilə Arcun Eriqaisi, İran əsilli Alireza Firuzca, rusiyalı Aleksey Sarana və ABŞ təmsilçisi Hikaru Nakamura da iştirak hüququ əldə edib.
ABŞ-ın digər şahmatçısı Uesli So və Maqnus Karlsen birbaşa əsas raunddan mübarizəyə start verəcək. Rauf Məmmədov fevralın 6-da ilk görüşünü məhz Uelsli Soya qarşı keçirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)