“Sabah” tarixində ilkə imza atıb
![“Sabah” tarixində ilkə imza atıb “Sabah” tarixində ilkə imza atıb](https://anews.az/photo/850x500/2023-02/1676269482_09fb6088-0fad-3f49-b3d0-442500249471_850.jpg)
"Sabah” klubu tarixində ilkə imza atıb. bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, paytaxt klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurmaqla öz rekordunu yeniləyib.
Yubiley topu XXII turun "Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bununla "Sabah” tarixində ilk dəfə bir mövsümdə "100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır.
1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. "Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)