• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib
21.02.2023 19:00
"Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib. Opta statistika platforması xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.

Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk "100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent”i (Belçika) xeyli üstələyir. "Gent” hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. "Neftçi” (77,0) 244-cü, "Sabah” (75,5) 307-ci, "Zirə” (71,9) 615-ci, "Qəbələ” (71,7) 628-ci, "Turan Tovuz” (68,7) 992-ci, "Sumqayıt” (65,6) 1514-cü, "Şamaxı” (65,4) 1556-cı, "Kəpəz” (65,0) 1651-ci, "Səbail” (64,6) isə 1731-ci yerdə qərarlaşıb.

Elita təmsilçilərindən "Neftçi”, "Qəbələ”, "Turan Tovuz”, "Sumqayıt”, "Kəpəz” və "Səbail” irəliləyib, "Sabah”, "Zirə” və "Şamaxı” geriləyiblər.
13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi "Bavariya” (100) başçılıq edir. İngiltərənin "Mançester Siti” klubu (98,7) ikinci yerdə qalıbsa, İtaliya "Napoli”si (96,0) üçüncü pilləyə yüksəlib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol