• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanın futzal yığması Polşaya böyük hesabla uduzaraq qrup liderliyini əldən verib

Azərbaycanın futzal yığması Polşaya böyük hesabla uduzaraq qrup liderliyini əldən verib
08.03.2023 22:00
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində sonuncu oyununu keçirib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:2.

Polşalıların qollarını Mikolay Zastavnik (4), Yakub Raşkovski və Tomaş Krezel vurublar. Azərbaycan yığmasından isə İsa Atayev və Amadeu fərqləniblər.

Bu nəticədən sonra hər iki komandanın 9 xalı olsa da, Polşa seçməsi qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polşalılar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.

Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan millisi isə qrupu ikinci sırada başa vurub.

DÇ-2024-ün əsas mərhələsi

6-cı qrup

7 mart

23:00. Polşa – Azərbaycan - 7:2

Qollar: Mikolay Zastavnik, 3'48''; 27'05''; 27'35''; 30'05''; 32'44''. Yakub Raşkovski, 3'54''. Tomaş Krezel, 31'57" - İsa Atayev, 23'09''. Amadeu, 28'00''

Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)

Koşalin idman zalı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol