Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır
![Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır](https://anews.az/photo/850x500/2023-04/1680328913_hido.jpg)
Azərbaycanın daha 4 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayır.
www.anews.az
73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcək.
81 kq-dakı Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) görüşəcək.
Yarışa aprelin 2-də yekun vurulacaq.
İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)