Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək
![Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək](https://anews.az/photo/850x500/2023-06/1686510086_ce854ca8-9cd4-36c0-aceb-300d266e3465_850.jpg)
Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
İyirmi bir ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız "Nage-no-Kata” və "Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
İdmançılarımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)