Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub
![Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub](https://anews.az/photo/850x500/2023-06/1687717253_649884495c8ca649884495c8cb1687716937649884495c8c8649884495c8c9.jpg)
Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar.
Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə Almaniya millisini 4:2, yarımfinalda isə İtaliya seçməsini 4:2 hesabı ilə məğlub edib.
Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)