• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ukraynalı qrossmeyster Bakıda keçiriləcək dünya çempionatına buraxılmayıb

Ukraynalı qrossmeyster  Bakıda keçiriləcək dünya çempionatına buraxılmayıb
24.07.2023 22:39
Ukraynalı qrossmeyster Vasili İvançuk iyulun 29-da Bakıda start götürəcək FİDE Dünya Kubokunda iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasından (FİDE) "wild card" alıb, lakin ölkəni tərk etməyə icazə almayıb, FİDE şənbə günü Tvitter hesabında yazıb.

"Vasili İvançuk Ukraynanın Lvov şəhərində yaşayır. Mövcud qanunvericiliyə görə, ölkəni idman məqsədilə tərk etmək üçün onun yaşı 60-dan aşağı olduğu üçün (hazırda 54 yaşı var) Gənclər və İdman Nazirliyinin icazəsi lazımdır. Belə bir icazə verilməyib. Dünya çempionatının təşkilatçıları olan Azərbaycan Şahmat Federasiyasının da rəsmi müraciəti rədd edilib",  -  FİDE bildirib.

Bununla bağlı dünyanın bir sıra aparıcı qrossmeysterləri Ukraynanın gənclər və idman naziri Vadim Qutzeytə açıq məktub imzalayıblar.
 
"Biz şahmat ictimaiyyətindən məktubu paylaşaraq bu təklifi dəstəkləmələrini xahiş edirik və ümid edirik ki, daha çox qrossmeyster qrossmeyster İvançuku dəstəkləyəcək”, - FİDE-nin bəyanatında deyilir.
 
Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsen də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyini təsdiqləyib.

FIDE-nin rəsmi saytında yayılan məlumata əsasən, norveçli qrossmeyster iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.

Qadınlar arasında FIDE reytinqinin 2-3-cü yerlərində qərarlaşan Hampi Koneru (Hindistan) və Yu Venyun (Çin) da Bakıya gələcəklər.
Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib.  İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər.

Yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. İyulun 29-da turnirin açılış mərasimi, ertəsi gün isə birinci turun görüşlərinin keçirilməsi planlaşdırılır. Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollardır. 

İlk üç yeri tutan qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol