Bakıda FIDE Şurasının iclası keçirildi
![Bakıda FIDE Şurasının iclası keçirildi Bakıda FIDE Şurasının iclası keçirildi](https://anews.az/photo/850x500/2023-08/1691159822_1.jpg)
Bakıda Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şurasının iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi altında baş tutan iclasda şahmat ilinin təqvimi əsas müzakirə mövzusu olub. Bəzi mötəbər şahmat yarışlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb. Həmin yarışlarla bağlı ilin sonunda qərar veriləcəyi ilə bağlı razılıq əldə olunub.
İki federasiyanın müraciətinə baxılıb. Tonqa və Yeni Kaledoniyanın FIDE üzvlüyünə qəbul edilməsi barədə qərar verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)