Qurban Qurbanovdan püşklə bağlı - Açıqlama
![Qurban Qurbanovdan püşklə bağlı - Açıqlama Qurban Qurbanovdan püşklə bağlı - Açıqlama](https://anews.az/photo/850x500/2024-02/1708750130_gurban_gurbanov_in_2016.png)
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
O, açıqlamasında püşkün nəticəsinin maraqlı olduğunu bildirib:
"Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı "Bayer” rəqib oldu. Azarkeşlər bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. "Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.
Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. "Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)