• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Senada üzən alman idmançıların səhhətində problem yaranıb

Senada üzən alman idmançıların səhhətində problem yaranıb
11.08.2024 11:47
Fransanın Sena çayında açıq suda üzgüçülük üzrə Olimpiya yarışlarına qatılan dörd alman idmançıdan üçünün səhhətində  problemlər yaranıb.Bu barədə DPA agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.

"Dünən iki almaniyalı üzgüçüyə ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator yardım göstərilib. Onlar bu gün xeyli yaxşılaşıblar. Oxşar simptomları olan başqa bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”, - konfederasiya bildirib.

Qeyd edək ki, əvvəllər bir neçə triatlonçu Senada üzdükdən sonra mənfi nəticələrlə üzləşmişdi. Qazaxıstan nümayəndəsi Yekaterina Şabalina evə qayıtdıqdan sonra özünü pis hiss etdiyini və antimikrob dərmanlar qəbul etməyə başladığını açıqlayıb. Həmçinin belçikalı triatlonçu Kler Mişel Senada üzdükdən sonra xəstəxanaya yerləşdirilmişdi. İsveçli üzgüçü Viktor Yohansson da Sena çayında suyun keyfiyyətinə görə açıq suda üzgüçülük yarışından imtina etmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
İdman 22:04
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
AFFA rəsmisi "Bavariya" - "Arsenal" matçına təyinat alıb
İdman 11:55
AFFA rəsmisi "Bavariya" - "Arsenal" matçına təyinat alıb
VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib
İdman 22:46
VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib
Məni anam Qurban adlandırıb, mən də Qurban olaraq qalmaq istəyirəm -Qurban Qurbanov
İdman 09:22
Məni anam Qurban adlandırıb, mən də Qurban olaraq qalmaq istəyirəm -Qurban Qurbanov
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:48
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Çempionlar Liqası: “Qarabağ” Bakıda “Çelsi” ilə heç-heçə edib -Yenilənib
İdman 23:40
Çempionlar Liqası: “Qarabağ” Bakıda “Çelsi” ilə heç-heçə edib -Yenilənib
"Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
İdman 16:25
"Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
“Qarabağ”ın oyununa görə Bakı metrosunun iş saatı uzadılacaq
İdman 09:37
“Qarabağ”ın oyununa görə Bakı metrosunun iş saatı uzadılacaq
DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb
İdman 18:16
DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol