"Qarabağ" "Şkendiya" ilə oyunda hesabı açıb - Canlı -Yenilənir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında hesab açılıb.
Ağdam təmsilçisi hesabda irəli çıxıb.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
22:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.
Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.
20:53
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
“Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade
"Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi
Son xəbərlər
Daha çox 