“Qarabağ” “Napoli”yə qarşı - Canlı-Yenilənir
Neapolda "Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başlayıb.
Çatç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçiriləcək V tur oyunu üçün start heyətlər açıqlanıb.
Komandalar "Dieqo Armando Maradona" stadionunda saat 00:00-da başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Napoli”: Vanya Milinkoviç-Saviç, Alessandro Buuncorna, David Neres, Skott MakTominey, Amir Rahmani, Matias Oliveyra, Rasmus Heylund, Covanni Di Lorenso, Sam Bukema, Stanislav Lobotka, Noa Lanq
Baş məşqçi: Antonio Konte
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Emmanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Kevin Medina, Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov.
Son xəbərlər
Daha çox