• $
  • £

"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib

"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
26.11.2025 01:53

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

Bununla da "köhlən atlar" cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.

***

Neapolda "Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başlayıb.

Çatç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.

Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.

 

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçiriləcək V tur oyunu üçün start heyətlər açıqlanıb.

Komandalar "Dieqo Armando Maradona" stadionunda saat 00:00-da başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Napoli”: Vanya Milinkoviç-Saviç, Alessandro Buuncorna, David Neres, Skott MakTominey, Amir Rahmani, Matias Oliveyra, Rasmus Heylund, Covanni Di Lorenso, Sam Bukema, Stanislav Lobotka, Noa Lanq

Baş məşqçi: Antonio Konte

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Emmanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Kevin Medina, Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
İdman 10:36
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
İdman 23:42
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
İdman 13:41
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol