• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb

FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
17.12.2025 19:58

FİFA 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının mükafat fondunu müəyyənləşdirib.

Dohada keçirilən FİFA Şurasının iclasından sonra turnirin mükafat fondunun 727 milyon dollar olduğu açıqlanıb. Bu isə Qətərdə keçirilmiş əvvəlki dünya çempionatının mükafat fondundan 50% çoxdur.

727 milyon dolların 655 milyon dolları çempionatda iştirak edən ölkələrə veriləcək.

Turnirin qalibi olan komanda 50 milyon dollar, ikinci yeri tutan komanda 33 milyon dollar, üçüncü yeri tutan komanda 29 milyon dollar, dördüncü yeri tutan komanda 27 milyon dollar, beşinci-səkkizinci yeri tutan komanda 19 milyon dollar, doqquzuncu-on altıncı yeri tutan komanda 15 milyon dollar, 17-ci-32-ci yeri tutan komanda 11 milyon dollar, 33-cü-48-ci yeri tutan komanda 9 milyon dollar qazanacaq.

Bundan başqa, komandalar hər mərhələ keçdikcə, turnirə hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq.

Futbol üzrə Dünya Çempionatı 2026-cı il 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.Final oyunu Nyu-Cersi ştatındakı MetLife stadionunda baş tutacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Sabah" "Abşeron Lions"u məğlub edib
İdman 22:30
Azərbaycan Basketbol Liqası: "Sabah" "Abşeron Lions"u məğlub edib
“Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi
İdman 22:00
“Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi
“Qarabağ” – “Nyukasl” oyunlarının tarixi və başlama saatları açıqlanıb
İdman 21:24
“Qarabağ” – “Nyukasl” oyunlarının tarixi və başlama saatları açıqlanıb
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
İdman 16:00
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
"Qarabağ" "Liverpul"a böyük hesabla məğlub olub - Yenilənib
İdman 01:52
"Qarabağ" "Liverpul"a böyük hesabla məğlub olub - Yenilənib
Britaniyalı səfir “Qarabağ”a dəstək oldu
İdman 00:54
Britaniyalı səfir “Qarabağ”a dəstək oldu
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol