Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
ABŞ-nin Azərbaycandakı Səfirliyi milli futbolçu Nəriman Axundzadə-nin ABŞ-ın Ohayo ştatını təmsil edən Columbus Crew klubuna transfer olunması münasibətilə təbrik postu paylaşıb.
Səfirlik qeyd edib ki, Nəriman Axundzadə “Qarabağ FK”dakı çıxışları ilə geniş rəğbət qazanıb və ABŞ-ın Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
Həmçinin, səfirlik “Qarabağ FK”ya bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə arzulayıb.