Hadisə Krasnoyarsk şəhərində baş verib
Rusiyanın Krasnoyarsk şəhərində sürücünün məsuliyyətsizliyi 13 nəfərin yanmasına səbəb olub.
ANS TV-nin məlumatına görə, avtobus sürücüsü yolun altında partlamış isti su borusunun yaratdığı fəvvarənin üzərindən keçməyə çalışıb.
Sürücü elə təzəcə fəvvarənin üzərinə çıxmışdı ki, həmin an isti su avtobusun içinə dolub. O, öz həyatını xilas etsə də, sərnişinlər bir müddət içəridə əsarətdə qalıblar.
Daha sonra piyadalar avtobusun arxa qapısını sındıraraq sərnişinləri təxliyə ediblər.
Məlumata görə, hadisə zamanı avtobusda 20 nəfər olub. Onlardan 13-ü ciddi yanıq xəsarəti alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !