Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq, bu gündən noyabrın 15-ə qədər həmin şüşələrdə (arxadakı yan şüşələrdə) sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
K. Əliyev həmçinin qeyd edib ki, nəqliyyat vasitələrində küləyə qarşı olmayan yan şüşələrində kustar üsulla hazırlanmış örtüklərdən və ya plyonkalardan istifadə etmək qadağandır və qanunvericiliyin bu tələblərini pozan sürücülər inzibati qaydada cərimə olunacaqlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !