Bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.
ANN.Az xəbər verir ki, bu barədə "Azəryolservis" məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün axşam saat 22:00-dan etibarən Tbilisi prospektinin Bakıxanov dairəsindən İzmir dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam olaraq məhdudlaşdırılacaq. İşlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !