Bu gün Bakının Məmməd Araz küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, bu gün adıçəkilən küçədə 11:30-dan etibarən yolun hərəkət hissəsində üfüqi xətlənmə işləri həyata keçiriləcək.
P. Mürsəliyev əlavə edib ki, Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinin kəsişməsinədək olan hissəsində isə artıq asfaltlama işlərinə başlanılıb. Yol-təmir işləri isə 2-3 gün ərzində yekunlaşacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !