Sürücülərə xəbərdarlıq edildi

22:28 | 14.01.2015
Sürücülərə xəbərdarlıq edildi

Sürücülərə xəbərdarlıq edildi

Sürət həddini aşan sürücülərə xəbərdarlıq edildi.

ANN.Az ANS TV-ə istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti artıq bir neçə müddətdirki açılsa da amma yolda sürət tablolari hələ də quraşdırılmaıb. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi Sürücülərə xəbərdarlıq edib.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, Ziya Bünyadov prospektində hələlik maksimim sürət tam bəlli olmasa da maşınlar 70 km/saata qədər sürətlə hərəkət etməlidirlər. Nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılsa da, hələlik yol boyu müvafiq sürət həddini tənzimləyən və ya hərəkətlə bağlı texniki vasitələr tam quraşdırılmayıb. Paytaxtda yaşayış massivlərində avtomobillərin hərəkət sürəti 60 km/saat nəzərdə tutulur. Ona görə də bu yolla Qələbə meydanından metronun "Koroğlu” stansiyasına qədər hərəkət edən avtomobil sürücülərindən xahiş olunur ki, yolun yaşayış massivindən keçdiyini nəzərə alaraq prospekt boyu elektron tablolar quraşdırılanadək istər əsas, istərsə də kənar yolla hərəkət edərkən yol qəzalarının baş verməməsi üçün sürət həddini 60 km/saat, yəni maksimum 70 km/saat-a qədər seçsinlər. Əks halda qəzalar qaçılmazdır. Elə bunun nəticəsidir ki, ay ərzində prospektdə sürət həddinin aşılmasına görə 24 yol-nəqliyyat hadisəsi baş verib.

Vaqif Əsədov Ziya Bünyadaov prospektində dörd yolüstü piyada keçidinin tamalama işləri aparıldığını deyir. O həmçinin bu yolda yeni sürət həddini tənzimləyən tabloların və kameraların qurlaşdırılcağını da vəd etdi.

Prospektdə yol boyu 4 yerdə sürət həddini bildirən elektron tabloların quraşdırılması nəzərdə tutulur.

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM