Sürücülərin ən çox istifadə etdiyi yollar - SİYAHI

09:26 | 13.01.2015
Sürücülərin ən çox istifadə etdiyi yollar - SİYAHI

Sürücülərin ən çox istifadə etdiyi yollar - SİYAHI

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2014-cü ildə Bakı şəhərində 24 saat ərzində sürücülərin ən çox istifadə etdiyi yolların siyahısını açıqlayıb.

NİİM-dən Oxu.Az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti ən çox Heydər Əliyev prospektində qeydə alınıb.
 
Məlumata görə, orta hesabla Heydər Əliyev prospektindən gün ərzində şəhər istiqamətində 89 147, "Koroğlu” metrostansiyası istiqamətində isə 88 731 nəqliyyat vasitəsi istifadə edib.

Bakı-Sumqayıt şossesində gün ərzində şəhər istiqamətində 84 438 avtomobil, şəhərdən çıxış istiqamətində 86 538 nəqliyyat vasitəsi qeydə alınıb.

Neftçilər prospektindən Nobel prospekti istiqamətində sutka ərzində 80 812 sürücü istifadə edib, əks istiqamətdə, yəni Azneft dairəsi istiqamətində 59 847 avtomobil qeydə alınıb.

Üzeyir Hacıbəyov küçəsindən 24 saat ərzində 62 469 avtomobil istifadə edib.

Yusif Səfərov küçəsində, Heydər Əliyev prospekti istiqamətində gün ərzində 66 251 nəqliyyat vasitəsi qeydə alınıb, əks istiqamətdə isə Yusif Səfərov küçəsindən Port Baku TM istiqamətində 58 237 avtomobil qeydə alınıb.

Gün ərzində Tbilisi prospektindən "20 Yanvar” metrosu istiqamətində 48 523 nəqliyyat vasitəsi istifadə edib, Tbilisi prospektindən Dövlət Statistika Komitəsi istiqamətində 48 814 avtomobil istifadə edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM