Bakı Şəhər İcra Hakimiyyəti Moskva prospektinin "Şamaxinka" deyilən hissəsindən "20 Yanvar" metrostansiyasına qədər hissəsini bağlayıb.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, yolun bağlanmasına səbəb asfalt örtüyünün yenilənməsidir. Ərazidə işləyən fəhlələrin müxbirimizə verdiyi məlumata görə, işlər 2 gün ərzində davam etdiriləcək və həftənin bazar ertəsi artıq yol açıq olacaq. Xatırladaq ki, bundan öncə də yolun həmin hissəsi "Azərsu" ASC-nin əməkdaşlarının su-kanalizasiya borularını dəyişdirməsi səbəbi ilə bağlanmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !