"Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "APA-Economics”ə verilən məlumata görə, bu gün səhər saatlarından Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətinə mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.
Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !