Rüstəm Qasımov
Əgər siz urbanistik meqapolisin mərkəzində sükunət və dinclik axtarırsızsa, onda Vyananın Şdatpark adlı mərkəzi parkı bunun üçün ən münasib seçimdir. Mənzərəli xiyabanlar, sakitlik, quşların cəhcəhi, xəzanlı çəmənliklər bu parkı gəzinti üçün nəinki möhtəşəm bir yerə çevirir, həmçinin bura piknik və fəal istirahət, məsələn, badminton oynamaq üçün də ideal yerdir.
1862-ci ildə açılan Şdatpark Avstriya paytaxtının ilk ictimai parkı sayılır, onun ərazisində Donaukanalın bir qolu olan Vinflus kanalı keçir. Çay parkı iki hissəyə bölür. Parkın bir tərəfində gözəl uşaq meydanı olan "uşaq” hissəsi yerləşir.
Vyananın gəzməli-görməli yerlərindən bəhs edən istənilən video-rolikdə siz mütləq bu parkın da yer aldığını görəcəksiniz. Nəyə görə, siz soruşacaqsız? İş burasındadır ki, Şdatparkı çox sayda abidə bəzəyir, onların arasında ən gözəllərindən biri dahi bəstəkar İohann Ştrausa həsr olunub.
Ştrausun heykəlindən biraz aralıda Şdatparkın məşhur çiçək saatlarını görmək mümkündür.
Payız vaxtı park xüsusilə gözəl görünür, ağacların tökülmüş sarı yarpaqları təbii xalçanı xatırladır.
Ştrasun heykəlinni yanında məşhur rəssam, yazıçı və digər yaradıcı şəxslərin şərəfinə ucaldılan abidələr mövcuddur.
Şdatparkda tez-tez festivallar və bayram mərasimləri keçirilir. Məsələn, pasxa bayramı və bayram tədbirləri. Ancaq parkın ən əsas memarlıq abidəsi "Kursalon” sayılır. Başlanğıcda o, mineral suyu olan spa-salon idi, ancaq bir müddət keçəndən sonra "Kursalon” musiqi pavilyonuna çevrildi. Məsələn, İohan Ştraus II özünün ilk konsertini bu parkda verib.
Bir sözlə, əgər siz təbiətin harmoniyasından zövq almaq istəyirsinizsə, onda Şdatpark məhz sizin üçün olan yerdir.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !