• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

STAR planlı təmirə saxlanılacaq

STAR planlı təmirə saxlanılacaq
29.08.2024 10:43
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  Türkiyədəki STAR neft emalı zavodunda istehsalı  sentyabrın 5-dən iki aylıq dayandırmaq niyyətindədir. Buna səbəb zavodda planlı təmir işlərinin aparılması olacaq. Bu barədə məlumatlı mənbələr Reuters-ə bildirib.

Mənbələr bildiriblər ki, gücü sutkada 200 min bareldən çox olan neft emalı zavodu 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə bu il əsaslı təmirə saxlanılacaq. 

Mənbələrdən ikisinin məlumatına görə, SOCAR sentyabrın 5-də texniki təmirə başlamağı planlaşdırıb. 
 
Mənbələrdən üçü bildirib ki, işlər təxminən iki ay davam edəcək. Mənbələrdən biri isə neft emalı zavodunun 45 gün müddətinə bağlanacağını deyib. 

SOCAR-ın mətbuat xidməti məsələyə hələlik münasibət bildirməyib. 
 
STAR zavodu Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan  SOCAR Türkiyə tərəfindən idarə olunur və  2018-ci ilin oktyabrında istismara verilib.  Zavodun təməli 2011-ci ildə qoyulub.
 
Müəssisə tam gücünə 2019-cu ilin sentyabrında çıxıb.  İllik emal gücü  12 milyon ton xam neft olan zavodda bütün  sort neftlərin emalı mümkündür.
 
Hazırda müəssisədə "Urals”  və  "Kərkük” neft növləri emal edilir. 
 
Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özəl sektorda çalışanların sayında nisbətən artım var
İqtisadiyyat 13:41
Özəl sektorda çalışanların sayında nisbətən artım var
Azərbaycanda ÜDM 2025-ci ilin ilk yarısında 1,5% artıb
İqtisadiyyat 13:18
Azərbaycanda ÜDM 2025-ci ilin ilk yarısında 1,5% artıb
Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb
İqtisadiyyat 13:13
Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb
“Bitcoin”in qiyməti 117 min dolları keçib
İqtisadiyyat 10:20
“Bitcoin”in qiyməti 117 min dolları keçib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:18
Qızılın qiyməti bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
İqtisadiyyat 07:15
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol