“Statistika” dairəsində maşınların sərbəst hərəkəti üçün - TƏKLİFLƏR

20:18 | 23.09.2015
“Statistika” dairəsində maşınların sərbəst hərəkəti üçün - TƏKLİFLƏR

“Statistika” dairəsində maşınların sərbəst hərəkəti üçün - TƏKLİFLƏR

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Statistika” dairəsində nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsi üçün müəyyən araşdırmalar aparıb.

NİİM-dən Oxu.Az-a daxil olan məlumata görə, araşdırmaların nəticəsi olaraq A.Mirzəyev küçəsindən "Statistika” dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəyə daxil olmasının sxemdə göstərilən qaydada yeni adacığın yaradılması ilə tam məhdudlaşdırılmasını məqsədəmüvafiq sayılır. 

Eləcə də, B.Bağırova küçəsinin girişində quraşdırılmış birtərəfli hərəkət nişanını nəzərə alaraq, girişdə hazırlanmış heç bir əhəmiyyət kəsb etməyən adacığı götürüb yeni adacıq yaratmaqla nəqliyyat vasitələrinin B.Bağırova küçəsindən İnşaatçılar prospektinə daxil olmasını tam məhdudlaşdıraraq hərəkətin sxemdə göstərilən qaydada təşkil olunmasını təklif edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM