Strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb - Baş nazir

Cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6%, qeyri-neft sənayesində isə 6% artım qeydə alınıb.
Bu barədə Baş nazir Əli Əsədov 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyib.
2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.
www.anews.az