Sudanda aviaqəza: Beş Ermənistan vətəndaşı öldü

17:40 | 04.11.2015
Sudanda aviaqəza: Beş Ermənistan vətəndaşı öldü

Sudanda aviaqəza: Beş Ermənistan vətəndaşı öldü

Çərşənbə günü An-12 nəqliyyat təyyarəsinin Cənubi Sudanda uğradığı qəzada Ermənistanın beş vətəndaşı ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistan XİN-in ictimaiyyətlə və mətbuatla əlaqələr idarəsinin rəisi Tiqran Mkrtıçyan bildirib.

"Ermənistanın Misirdəki səfirliyindən alınan məlumata əsasən, Cənubi Sudanda aviaqəza zamanı beş Ermənistan vətəndaşı ölüb. Onların hamısı heyət üzvü olub”, - Mkrtıçyan deyib.

RİA Novosti-yə Rusiyanın güc strukturlarından olan mənbənin xəbər verdiyi kimi, qəza zamanı AN-12 təyyarəsində 39 nəfər, o cümlədən 6 heyət üzvü həlak olub.

"İlkin məlumata əsasən, həlak olan 36 nəfər arasında bir Rusiya Federasiyası vətəndaşı – pilot və beş heyət üzvü – Ermənistan vətəndaşları olub”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, qəza zamanı təyyarənin düşdüyü kəndin 21 sakini həlak olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM