Sülh danışıqları dərhal bərpa edilməlidir - Elçin Əmirbəyov

20:16 | 04.10.2023
Sülh danışıqları dərhal bərpa edilməlidir - Elçin Əmirbəyov

Sülh danışıqları dərhal bərpa edilməlidir - Elçin Əmirbəyov

Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir.
 
Bu  barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib.

"Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o bildirib.

Elçin Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.
O, Azərbaycanın bu yolda daha bir maneəni – öz suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da vurğulayıb.

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti