Sülh sazişi çox da uzaqda deyil - Prezidentin xüsusi nümayəndəsi

11:40 | 28.12.2023
Sülh sazişi çox da uzaqda deyil - Prezidentin xüsusi nümayəndəsi

Sülh sazişi çox da uzaqda deyil - Prezidentin xüsusi nümayəndəsi

Azərbaycanla Ermənistan arasında sülh sazişi çox da uzaqda deyil. Bunu Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
 
"Nəticəyönümlü hərəkətlərə ehtiyacımız var. Ermənistan tərəfinə təkliflər verilib, bununla bağlı cavab gözləyirik. Təkliflər sülh prinsiplərinin 5 bəndi nəzərə alınmaqla hazırlanıb", - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov The Guardian nəşrinə müsahibəsində deyib. 
 
Bir gün əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər. 
 
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir. 

Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.

 
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti