• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Sülh sənədi üzrə böyük işlər görülüb - Mirzoyan

Sülh sənədi üzrə böyük işlər görülüb - Mirzoyan
13.12.2023 15:47
Sülh müqaviləsi üzrə işin böyük hissəsi görülüb. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.  
 
"Danışıqlar masasında bir sıra məsələlər müzakirə olunmalıdır. Əslində, işin böyük hissəsi görülüb, sülh sazişinin yekun redaksiyası üçün görüşmək və razılığa gəlmək lazımdır”, - Mirzoyan bildirib.
 
Noyabrın 29 və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək. 
 
Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yarandığını qeyd edib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 

Gülnar 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
Siyasət 17:46
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
Prezidentdən “ASAN xidmət”lə bağlı- Fərman
Siyasət 16:44
Prezidentdən “ASAN xidmət”lə bağlı- Fərman
Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü
Siyasət 22:08
Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü
Ərdoğan Kamran Əliyevi qəbul edib
Siyasət 20:47
Ərdoğan Kamran Əliyevi qəbul edib
Kobaxidze Ceyhun Bayramovu qəbul edib
Siyasət 19:50
Kobaxidze Ceyhun Bayramovu qəbul edib
Prezident jurnalistləri təbrik edib
Siyasət 19:32
Prezident jurnalistləri təbrik edib

Azərbaycan və Kamboca turizm sahəsində Anlaşma Memorandumu imzalayıb
Siyasət 17:50
Azərbaycan və Kamboca turizm sahəsində Anlaşma Memorandumu imzalayıb

Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir
Siyasət 17:17
Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir
Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb
Siyasət 16:44
Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol