Sülhə qarşı yönələn birtərəfli addımlar qəbuledilməzdir - XİN

15:27 | 09.04.2024
Sülhə qarşı yönələn birtərəfli addımlar qəbuledilməzdir - XİN

Sülhə qarşı yönələn birtərəfli addımlar qəbuledilməzdir - XİN

Sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslər qəbuledilməzdir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqdir", - Bayramov Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə qeyd edib.
 
Martın 8-i Ermənistan XİN-in mətbuat katibi Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. Söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.

Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Aygün Mirakif




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM