Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı - Peskov

20:23 | 22.04.2024
Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı - Peskov

Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı - Peskov

Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı.Bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra mümkün olub.

"Bu, Ermənistanın Azərbaycanın 1991-ci ildəki sərhədlərini tanımasından sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün artıq funksiya qalmayıb”, - deyə Kreml nümayəndəsi bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM