Sümbülə Əliyevaya yüngül cəza tələb edilib

13:58 | 01.07.2024
Sümbülə Əliyevaya yüngül cəza tələb edilib

Sümbülə Əliyevaya yüngül cəza tələb edilib

1 saylı Hüquq Məsləhətxanasının mənimsəmədə ittiham olunan sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Əliyevanın verilmiş ittihamla təqsirli bilinməsini, Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il azadlıqdan məhrum edilməsini tələb edib. Bu maddəyə görə,  Əliyevaya 5-ildən 10 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Lakin prokuror cəza tələbində müttəhim vəkilin səhhətini və yaşını nəzərə alıb.

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib. 

Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. O, əvvəl azadlıqda olsa da, məhkəmədən yayındığı üçün həbs edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb