Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb,biri xilas edilib

19:09 | 26.06.2024
Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb,biri xilas edilib

Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb,biri xilas edilib

Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfər dənizə düşüb.Bu barədə FHN məlumat yayıb.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt” sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM