• $ 1.7
  • € 1.9717
  • ₽ 0.020922
  • ₺ 0.0405
  • £ 2.2675

Sumqayıtda yaşayış binasındakı partlayışda 6 nəfər xilas edilib - Yenilənib

Sumqayıtda yaşayış binasındakı partlayışda 6 nəfər xilas edilib - Yenilənib
03.12.2024 11:46
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Sumqayıtda beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb.

Bu barədə  FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumilikdə partlayış nəticəsində 6 nəfər xilas edilib.
 
09:34
Sumqayıtda yaşayış binasında partlayış olub.

APA xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb.

Əraziyə təcili təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.
***
DİN Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün  və digər zəruri tədbirlər davam etdilir.

***
Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək
 ***


Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Cəmiyyət 22:42
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Neftçalada erkən nikahın qarşısı alınıb
Cəmiyyət 20:39
Neftçalada erkən nikahın qarşısı alınıb
Anar Əsədli həbs edilib
Cəmiyyət 19:10
Anar Əsədli həbs edilib
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır
Cəmiyyət 18:11
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır

Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Cəmiyyət 17:16
Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Nazirlik repetitorluqla bağlı təkliflər təqdim edəcək
Cəmiyyət 16:29
Nazirlik repetitorluqla bağlı təkliflər təqdim edəcək
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Cəmiyyət 16:14
Milli Məclisin növbəti iclasının tarixi məlum olub

MİQ imtahanı pullu olacaq
Cəmiyyət 16:00
MİQ imtahanı pullu olacaq

Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Cəmiyyət 14:03
Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol