Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var - Yenilənib

22:58 | 27.06.2024
Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var - Yenilənib

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var - Yenilənib

Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.Bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
 
 ***

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Yanğın nəticəsində tüstüdən zəhərlənən 6 nəfər xəstəxanaya yerləşdirilib.
 
 21:58
 
Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.Bu barədə "Report" xəbər verir.
 
Hadisə "Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb