Sumqayıtın Şəhidlər Xiyabanı belə olacaq - FOTOLAR

10:37 | 11.03.2014
Sumqayıtın Şəhidlər Xiyabanı belə olacaq - FOTOLAR

Sumqayıtın Şəhidlər Xiyabanı belə olacaq - FOTOLAR

Sumqayıtda bir qisim yerlərdə abadlıq işləri aparılır, bəzi abidələr yenilənir, dəyişdirilir. Bu işlər hazırda şəhərin ən böyük istirahət məkanında - Nəsimi adına Mədəniyyət və İstirahət Parkında da davam etdirilir. 100 hektara yaxın ərazini əhatə edən parkda mövcud olan abidələr aparılan abadlıq işlərinə uyğun olaraq yenidən dizayn edilir və yeni fomada hazırlanır. Xeberle.com portalına daxil olan məlumata görə, hazırda 20 Yanvar abidə kompleksinin layihəsi üzərində işlər tamamlanmaqdadır və bu il ərzində sözügedən layihənin həyata keçirilməsi başa çatdırılacaq. 20 Yanvar abidə kompleksi Sumqayıtın Şəhidlər xiyabanı qarşısında yaradılacaq.  İndiki 20 Yanvar abidəsinin yerində isə Xocalı abidəsi ucaldılacaq.Sumqayıtın Şəhidlər xiyabanının qarşısında yaradılacaq  20 yanvar abidə kompleksinin eskiz layihəsinin fotolarını təqdim edirik. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM