Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR

17:34 | 10.02.2022
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR

Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR

Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb.Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkili Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər şəxslər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əmək yarmarkasını Yasamal rayonunun əmək bazarı üçün əlamətdar bir hadisə adlandırdı.

Elşad Həsənov xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.

Həmin sərəncama əsasən müvafiq tədbirlər planı və onun icrası təsdiq edildi. Hal-hazırda bu strategiya uğurla həyata keçirilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, əsas məqsədlərdən biri rayona investoru cəlb etməkdir və bunun üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.Yeni investorun cəlb edilməsi isə yeni iş yerlərinin yaradılması deməkdir.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər məşğulluq sahəsində aparılan yenilik və islahatlar barədə söz açdı.

Əmək yarmarkasının əsas tərəfdaşı olan Al Market mağazalar şəbəkəsinin satış departamentinin direktoru Səbri Alp isə bildirdi ki, yarmarkaya 100 yaxın vakansiya çıxarılıb.Daha sonra tədbir iştirakçıları əmək yarmarkasının gedişatı ilə tanış oldular.












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb