İndoneziyada məşhur qrupun konserti zamanı sunami musiqiçiləri və onlarla tamaşaçıları yuyub aparıb.
Oxu.Az xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət zamanı 280-dan çox insan ölüb.
"Channel New Asia” nəşri "Seventeen” qrupunun İndoneziyanın Tancunq-Lesunq şəhərindəki konsertindən görüntüləri yayımlayıb.
Videodan görünür ki, nəhəng dalğalar konsert gedən zaman səhnəni dağıdır və tamaşaçılara doğru irəliləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !