• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Süni intellekt xərçənglə mübarizəyə cəlb olunub

Süni intellekt xərçənglə mübarizəyə cəlb olunub
22.06.2016 21:21
Mövcud patologiya diaqnostikası son yüz ildə mahiyyət etibarilə dəyişməz qalıb - hər şey mikroskop altında aşkar edilir. 

İsrailin "Beth Israel Deaconess Medical Center” (BIDMC) Tibb Mərkəzi və Harvard Tibb Məktəbinin alimlər qrupunun təklif etdiyi yeni üsul praktikanı tam dəyişərək diaqnostikaya süni intellekti cəlb edə bilər.

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, hazırda alimlər patologiyalara dəqiq diaqnoz qoymaq üçün kompüter proqramı hazırlayıblar və gələcəkdə onun əsasında tam süni intellektin (AI) yaradılması planlaşdırılır. "BIDMC” patoloqu Endryu Bekin sözlərinə görə, metod özündə nitqin və təsvirin tanınması texnikasını birləşdirən alqoritmə əsaslanır. Bu yaxınlarda üsul biotibb tomoqrafiyası üzrə beynəlxalq simpoziumun (ISBI) illik iclasında nümayiş olunub. Sınaq zamanı proqram qarşısında limfa düyünlərini yoxlayaraq xəstədə süd vəzisi xərçənginin əlamətlərinin olmasını müəyyən etmək qoyulub. "Xəstənin limfa düyünlərində metastazın aşkar olunması patoloqlar üçün böyük əhəmiyyət kəsb edir. Adətən bu, mikroskopa baxanda və bir neçə bədxassəli şişi aşkarlamaq üçün milyonlarla normal hüceyrəni əkəndə baş verir. Biz qərara gəldik ki, kompüter bunun öhdəsindən daha effektiv gələ bilər”, - E.Bek bildirib.

Metodun sınağı nəticəsində proqram vasitəsilə əldə edilən məlumatların dəqiqliyi 92 faiz təşkil edib. Bu, demək olar, diaqnozlarının dəqiqliyi 96 faizə bərabər olan peşəkar patoloqların işlərinin nəticələrinə uyğundur.

"Lakin əsl heyranedici hal kompüterin və patoloq insanın nəticələrini müqayisə edəndə baş verib. Ümumi dəqiqlik 99,5 faiz təşkil edib. Metodların birləşdirilməsi diaqnozun qoyulması zamanı yol verilən səhvlərin xeyli azaldılmasına imkan verib”, - "BIDMC” patoloqu vurğulayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Sergey Lavrov ilə görüşüb
Dünya 20:40
Hakan Fidan Sergey Lavrov ilə görüşüb
Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var
Dünya 20:01
Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var
Türkiyədə meşə yanır
Dünya 19:59
Türkiyədə meşə yanır
İran ABŞ Prezidentinə qarşı mümkün sui-qəsd cəhdləri ilə əlaqəsini rədd edib
Dünya 16:53
İran ABŞ Prezidentinə qarşı mümkün sui-qəsd cəhdləri ilə əlaqəsini rədd edib
Ermənistanda yeni həbslər – müxalifət liderləri saxlanılıb
Dünya 14:20
Ermənistanda yeni həbslər – müxalifət liderləri saxlanılıb
Россия атаковала Сумскую область
Dünya 10:40
Россия атаковала Сумскую область
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Dünya 10:25
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol