Suriya Türkiyə sərhədində artilleriya işə düşdü: yaralılar var

17:28 | 25.03.2014
Suriya Türkiyə sərhədində artilleriya işə düşdü: yaralılar var

Suriya Türkiyə sərhədində artilleriya işə düşdü: yaralılar var

Suriya Türkiyə ilə sərhəd bölgəni artilleriya atəşinə tutub

 Keseb qəsəbəsində 5 gündür ki, davam edən atışma səhər saatlarında pik həddinə çatıbSuriya Türkiyə ilə sərhəd əraziləri toplarla atəşə tutub.ANS PRESS-in məlumatına görə, Türkiyənin Hatay bölgəsinin Yayladağı kəndi ilə sərhəddə yerləşən Keseb qəsəbəsində 5 gündür ki, davam edən silahlı atışmalar səhər saatlarında pik həddinə çatıb.Belə ki, Əsəd qüvvələri tərəfindən ərazi topdan atəşə tutulduqdan sonra bombardman edilib. Suriya hərbi təyyarələri günorta saatlarında havada 4 dəfə dövrə vuraraq ərazini atəşə tutublar.Yayladağıdakı sərhəd zastavasında çalışan məmurların da təhlükəsizliyinin qorunması məqsədi ilə başqa ərazilərə göndərildiyi məlum olub. Əsəd qüvəllərinin kimyəvi silahdan istifadə etməsini əsas gətirən həkimlər xəsatəxanalara yerləşdirilən xəstələrdə müəyyən müayinələr aparıblar.Amma onlarda kimyəvi silahın izlərinə rast gəlinməyib. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti